24 Dekabr 2014 13:52
1 304
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi dekabrın 23-də Lerik rayonunda baş vermiş dəhşətli qətl hadisısi ilə bağlı məlumat yayıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Sumqayıt şəhər sakini Cəmaləddin Surətov Lerik şəhərində yaşayan qayınanası Lalə Əliyevanın evində olarkən ailə-məişət münaqişəsi zəminində tüfəngdən açdığı atəşlə arvadı Məhsətini və qayınanasını qətlə yetirib, sonradan Perzəkücə kəndində yaşayan atası Cəbrayılın evinə gedərək orada tüfəngdən açdığı atəşlə özünü də öldürüb.

Lerik rayon Polis Şöbəsi əməkdaşları tərəfindən hadisə yerindən “Çhurçhill” (Vinçester) markalı tüfəng götürülüb. Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər