2 Mart 2023 09:47
1 515
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda iki azyaşlı qızını beşinci mərtəbədən yerə atmaqda ittiham olunan Aytən Abbasovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, Aytən Abbasovanın barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Novruz Kərimovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı müəyyən edilməyib.

İstintaq orqanı tərəfindən Aytən Abbasovanın barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsualla adam öldürmə) maddəsi ilə ittiham elan olunub.

Qeyd edək ki, hadisə Bakının Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində baş verib. 1997-ci il təvəllüdlü Abbasova Aytən Maarif qızı iki azyaşlı övladı, 2018-ci il təvəllüdlü Abbasova Sofiya Suslan qızı və 2019-cu il təvəllüdlü Abbasova Sara Suslan qızı ilə birgə binanın beşinci mərtəbəsindən özünü atıb.

Hadisə nəticəsində 3 yaşlı Sara Abbasova ölüb. Ana və onun 4 yaşlı övladı ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Məlum olub ki, iki övladı ilə intihara cəhd edən Abbasova Aytən qayınanasının ad gününü təbrik etmədiyi üçün aralarında mübahisə yaranıb. Hadisə bundan sonra baş verib.

Onların arasında bundan əvvəldə mütəmadi olaraq mübahisələri yaranıb. Aytən Abbasovanın həyat yoldaşı Ruslan Abbasov hadisə zamanı Rusiyada olub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər