29 Mart 2023 16:39
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuzda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Asim Hacımahmudovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Tovuz rayon Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Qafil Baxşıyevin icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

Qeyd edək ki, hadisə ötən ilin dekabrında baş verib. 1967-ci il təvəllüdlü Asim Hacımahmudovun idarə etdiyi “Volqa” markalı avtomobil sərt enişli torpaq yolda sürüşərək sürətlə bazara daxil olub. Bu zaman avtomobil bazar ərazisində olan piyadalar - Aslanov Ramiz Bayram oğlu, Əliyeva Göyçək Qələndər qızı, Alıyev Ramil Həsən oğlu, Orucov Asəf Natiq oğlu və Əliyev Hümmət Ülfət oğlunu vurub.

Maşının altında qalan şəxslər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Onlardan 2001-ci il təvəllüdlü Hümmət Əliyevin həyatını xilas etmək mümkün olmayıb.

Asim Hacımahmudova qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, qəzada həlak olan Hümmət Əliyev Vətən müharibəsi şəhidi Əmrah Əliyevin qardaşıdır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər