Bakının Binəqədi rayonunda keçmiş məhkum həbs edilib.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı şəhər sakini əvvəllər məhkum olunmuş 1978-ci il təvəllüdlü Rəşad Hüseynov saxlanılıb.
Saxlanılan zaman onun üzərindən 0,362 qram heroin, 1 ədəd nömrəsi silinmiş 7,65 mm çaplı “Mauzer” markalı tapanca və ona aid 8 ədəd patron aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov