Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı sentyabrın 15-nə təyin olunub.
***
13.14
Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanovun məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə baş tutan hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı sentyabrın 15-nə təyin edilib.
Bundan başqa, Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Camal Ramazanovun sədrliyi ilə baş tutan icıasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqlədirilib.
Daha sonra məhkəmənin hazırlıq iclasının davamı senyabrın 11-nə təyin olunub.
***
09.44
Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev, nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov bu gün məhkəmə qaşırısına çıxarılır.
Teleqraf.com xəbər verir ki, cinayət işinə Bakı Hərbi Məhkəməsində baxılır.
Fikrət Mirzəyev, Mahir Şirvanov və Məlikməmməd Qurbanovun cinayət işi ayrı-ayrı icraatlar da araşdırılır.
Fikrət Mirzəyevin cinayət işi hakim Camal Ramazanovun, Mahir Şirvanovun cinayət işi hakim Zeynal Ağayevin, Məlikməmməd Qurbanovun cinayət işi hakim Rafiq Abbasovun icraatında araşdırılıacaq.
Məhkəmənin hazırlıq iclasları bu gün ayrı-ayrı icraatlarda araşdırılıb.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda mənimsəmə və ya israfetmə) maddəsi ilə təqsirli bilinirlər.
Hər üç cinayət işi üzrə zərərçəkmiş qismində Maliyyə Nazirliyi tanınıb.