2 Noyabr 2023 16:29
933
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Sərhəd Xidməti əməkdaşlarının birinin ölümündə, digərinin yaralanması ilə nəticələnin cinayət işinin ibtidai istintaqının başa çatması ilə bağlı rəsmi açıqlama yayılıb.

Nəsimi rayon prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, bir şəxsi qəsdən öldürməkdə, bir şəxsi isə qəsdən öldürməyə cəhd etməkdə təqsirləndirilən şəxslər barəsində ibtidai istintaq yekunlaşıb.

Xəbər verildiyi kimi, martın 16-da Cəsarət Vəliyevin qəsdən öldürülməsi, Camal Həsənovun isə müxtəlif xəsarətlər alması faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

İstintaqla Orxan Zeynalovun tanışı İlqar Abdurahmanovla bir qrup şəxs halında qeyd edilən tarixdə paytaxtın Nəsimi rayonunda yerləşən restoranların birində Cəsarət Vəliyevi bıçaqla çoxsaylı xəsarətlər yetirərək xüsusi amansızlıqla və xuliqanlıq niyyəti ilə qəsdən öldürməsinə, Camal Həsənovu isə eyni niyyətlə qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Orxan Zeynalov və İlqar Abdurahmanova Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 29,120.2.1, 29,120.2.2 ( bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd) və digər maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

***

11.50

Bakının Nəsimi rayonunda bir nəfərin öldürməkdə, bir nəfəri yaralamaqda ittiham olunan Orxan Zeynalov və İlqar Abdurəhmanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Eldar İsmayılovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı məlum deyil.

Qeyd edək ki, bu ilin martın 16-da, gecə saat 3 radələrində 1988-ci il təvəllüdlü Cəsarət Vəliyevin 1 saylı Kliniki Tibbi Mərkəzdə ölməsi barədə Nəsimi rayon Prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı Cəsarət Vəliyevin tanışı ilə birgə metronun “20 Yanvar” stansiyasının yaxınlığında yerləşən restoranlardan birində yemək yeyərkən musiqi sifariş etməyə görə qonşu masada əyləşən şəxslərlə aralarında yaranmış mübahisə zamanı bıçaq xəsarəti alması və həmin xəsarət nəticəsində xəstəxanada ölməsinə, eləcə də 1994-cü il təvəllüdlü Camal Həsənovun xəsarət almasına əsaslı şübhələr müəyyən edilib.

Keçirilən əməliyyat zamanı hadisəni törətməkdə təqsirli bilinən Orxan Zeynalov və İlqar Abdurəhmanov həbs ediliblər.

Xatırladaq ki, Cəsarət Vəliyev və Camal Həsənov Dövlət Sərhəd Xidmətinin əməkdaşları olublar.

Baş gizir Cəsarət Vəliyev 44 günlük Vətən müharibəsində və 2022-ci ilin 12-14 sentyabr Ermənistanın genişmiqyaslı təxribatlarının qarşısının alınması zamanı döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirərək “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə” və Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.

İstintaq orqanı tərəfindən Orxan Zeynalov və İlqar Abdurəhmanovun barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyadan istifadə etməklə xuliqanlıq) maddələri ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər