Gəncə şəhərində dəm qazından zəhərlənmə olub.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə yanvarın 20-də qeydə alınıb. Gəncə şəhərində yaşayan Leyla Bayramova dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilib. Ona tibbi yardım göstərilib.
Hacı Zeynalov