Qobustan rayonunda silahlı insident baş verib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə rayonun Xilmilli kəndində qeydə alınıb. Qəbələ rayon sakini İdris Murtuzov, Abşeron rayon sakini Şəmsəddin İsayev, Bakı şəhər sakinləri İlqar Yusifov və Rəhman Əhmədov ov gediblər.
Ş.İsayevə məxsus tüfənglə ehtiyatsız davranmış İ.Murtuzov açdığı atəşlə R.Əhmədova bud nahiyəsindən xəsarət yetirib və nəticədə R.Əhmədov xəstəxanaya yerləşdirilib.
Qobustan RPŞ əməkdaşları tərəfindən Ş.İsayevdən “Vursan” markalı, İ.Yusifovdan “Churchill” markalı müvafiq sənədləri olan ov tüfəngləri götürülüb.
Faktla əlaqədar cinayət işi başlanılıb.
Hacı Zeynalov