Bakının Qaradağ rayonunda ticarət mərkəzində qadın qarət olunub.
Bu barədə Teleqraf.com-a Qaradağ rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Lökbatan qəsəbəsində yerləşən ticarət mərkəzində Şirvan şəhər sakini Mirzə Musayevə zor tətbiq edərək içərisində 50 manatı olan çantasını alıblar. Cinayəti törədən Neftçala rayon sakini Royal Ələkbərov Qaradağ Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Onun barəsində istintaq hərəkətləri aparılması üçün 10-cu polis bölməsinə təhvil verilib.
Hacı Zeynalov