Kenyada 42 qadını öldürməkdə təqsirləndirilən qatı cinayətkar yaxalanıb.
Teleqraf.com "BBC"yə istinadən xəbər verir ki, 33 yaşlı Jomayisi Xalisiyan ötən gecə barda İspaniya-İngiltərə oyununu izləyərkən ələ keçib.
Bildirilir ki, qatil öz həyat yoldaşı da daxil olmaqla 42 qadını boğub öldürüb. Qurbanlardan birinin mobil telefonundan əldə olunan İP ucları polislərin qatili aşkarlamasına yardım edib.
Qatilin evində axtarış zamanı öldürülən qadınlara məxsus telefon və əşyalar tapılıb. Polisin apardığı araşdırmalar nəticəsində məlum olub ki, öldürlən qadınlar 18-30 yaş arasında olub və onların hamısı eyni şəkildə qətlə yetirilib.
Bu günə qədər qurbanların cəmi 9-nun meyiti aşkarlanıb.