17 Mart 2015 11:31
758
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda evdən oğurluq edilib.

Bakı şəhər Baş Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, ötən il noyabrın 24-də D.Əliyeva küçəsində Azər Əzizovun evindən, açıq qapıdan keçməklə 3 ədəd mobil telefon oğurlanıb.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu etmiş Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş 1985-ci il təvəllüdlü Ziya Hüseyn oğlu Məmmədov müəyyən olunaraq tutulub. Şübhəli şəxsin üzərindən 0,246 qram heroin aşkar olunaraq götürülüb.

Hacı Zeynalov


Müəllif: