Ağdaş rayon sakinindən hədə-qorxu yolu ilə pul tələb edən həbs edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Tərtər şəhər sakini, əvvəllər məhkum olunmuş Cəmil Ağayev yaxalanıb.
Cəmil Ağayev Ağdaş rayon sakini Əcəm Abışova hədə-qorxu gələrək ondan 1500 manat almaq istəyib. O, cinayət başında yaxalanıb.
Hacı Zeynalov