Aprelin 7-də Sumqayıt şəhəri ərazisindən motorlu qayıqla dənizə balıq tutmaq məqsədilə çıxmış 3 balıqçının axtarışları davam etdirilir.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, axtarışlara nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.
Qeyd edək ki, Xəzər dənizində bir gün əvvəl 3 balıqçı itkin düşüb.
Bu barədə FHN-nin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, nazirliyin dalğıc-xilasediciləri və Aviasiya Dəstəsi həmin şəxslərin dərhal axtarışlarına başlayıb.
Əlavə məlumat veriləcək.