Bakının Nizami rayonunda hədə-qorxu ilə tələb etmə cinayəti baş verib. Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə aprelin 9-da qeydə alınıb. Özünü Ayka kimi təqdim etmiş şəxs Hacıqabul rayon sakini Elşən Atamoğlanovu paytaxtın Nizami rayonu ərazisində kirayədə yağadığı evə dəvət edib və orada onu bıçaqla hədələyərək mobil telefonunu alıb.
Nizami Rayon Polis İdarəsi 25-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Şabran rayon sakini, 21 yaşlı Qismət Soltanov tutulub.
Elşən Atamoğlanov Qismət Soltanov ilə sosial şəbəkələrdən birində tanış olub. 21 yaşlı oğlanın cinsi azlığın nümayəndəsi olması ehtimal edilir.
Hacı Zeynalov