Bakı Apelyasiya Məhkəməsində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan Ruslan Abdullayev, Taleh Bağırov və Yaqub Novruzovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Qeyd edək ki, Binəqədi Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində Bakı sakini Taleh Bağırov və Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Abdullayev və Yaqub Novruzov saxlanılıb. Axtarış zamanı onlardan ümumilikdə 1 kq 41 qram heroin müsadirə olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ruslan Abdullayev və Yaqub Novruzov 11 il 6 ay, Taleh Bağırov isə 11 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti verərək cəzalarının yüngülləşdirilməsini istəyiblər.
Hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Ruslan Abdullayevin cəzası 9 ilə, Taleh Bağırovun cəzası 8 il 6 aya, Yaqub Novruzovun cəzası isə 9 ilə endirilib.
Hacı Zeynalov