11 Aprel 2015 10:05
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonu ərazisində, Bakıxanov qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

Taksi fəaliyyəti ilə məşğul olan 28 yaşlı Vüsal Dadaşov çoxsaylı bıçaq xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına gətirilib. Döş qəfəsinin kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulan taksi sürücüsünə tibbi yardım göstərilib.


Xəstəxanadan APA-ya verilən məlumata görə, bıçaq xəsarətləri çoxsaylı olsa da, xəstənin vəziyyəti stabildir. Vüsal Dadaşovun müalicəsi davam etdirilir.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır. Taksi sürücüsünü kimin bıçaqladığının müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür.


Müəllif:

Oxşar xəbərlər