Bakının Nəsimi rayonunda dilənçilərə qarşı əməliyyat keçirilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Nəsimi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən rayon ərazisində avaralıq və dilənçiliklə məşğul olan 11 nəfər saxlanılıb. Onların barələrində müvafiq tədbir görülüb.
Hacı Zeynalov