3 May 2015 11:35
843
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda intihar etmək istəyən şəxsi fikrindən daşındırıblar.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, FHN“1 12” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda 1 nəfərin intihar məqsədilə körpünün üzərinə çıxması barədə məlumat daxil olmuşdur.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar.

Xilasedicilər tərəfindən vətəndaşla aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınmışdır. İntihara cəhd edən şəxs aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 01:32-də başa çatmışdır.


Müəllif:

Oxşar xəbərlər