15 May 2015 19:06
621
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində həyat yoldaşını öldürməkdə, özünə isə xəsarət yetirməkdə təqsirləndirilən Sənan Qulamovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Sənan Qulamov həyat həyat yoldaşı Əfiqəni qohumu Fəridə Səlimcanovanın evində qətlə yetirib. Sözügedən qətl hadisəsi bu il aprel ayının 5-də Keşlə qəsəbəsində baş verib. Hadisədən sonra o, özü də intihar etmək istəyib. Boyun, qol və qarın nahiyələrindən özünə xəsarət yetirib. Ətrafdakılar onun özünü öldürməsinə mane olublar. Xəstəxanada S.Qulamova tibbi yardım göstərilib. Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sənan Qulamov 13 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Sənan Qulamov cəzasının yüngülləşdirilməsi ilə bağlı apelyasiya şikayəti verib.

Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Sənan Qulamovun apelyasiya şikayəti qismən təmin edilib və onun cəzası 11 ilə endirilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər