Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Qurban Kazımovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Qurban Kazımov münaqişə zəminində həyat yoldaşı Nuranə Məmmədovanın başını və cinsiyyət orqanını kəsərək qətlə yetirib. Hadisə vaxtı onların iki azyaşlı uşaqları evdə olublar.
Aparılan araşdırmalar zamanı cütlüyün bir müddət əvvəl boşandıqları, lakin eyni evdə yaşadıqları məlum olub. Hadisədən əvvəl Qurban Kazımov uşaqları digər otaqda çarpayıya bağlayıb, sonra isə arvadını öldürüb.
Qurban Kazımov hadisəni törətdikdən sonra bıçaqla damarlarını kəsərək intihar etmək istəyib. Lakin onun həyatını xilas etmək mümkün olub.
Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Prosesin baxış iclası isə iyunun 8-nə təyin edilib.
Hacı Zeynalov