10 İyun 2015 15:53
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apelyasiya Məhkəməsində qətl törətməkdə ittiham olunan 1970-ci il təvəllüdlü Zeynal Sadıqovun barəsində olan hökmdən verilmiş apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Zeynal Sadıqov ötən ilin sentyabrın 6-da Suraxanı rayonu, Bülbülə qəsəbəsində 1968-ci il təvəllüdlü Nazilə Əmrahovanı qəsəbə ərazisində yerləşən qəbiristanlıqda bıçaqlayaraq öldürüb.

Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Nazilə Əmrahovanı tanışı, 1970-ci il təvəllüdlü Zeynal Sadıqov tutulub.

Zeynal Sadıqov ilkin ifadəsində Nazilə Əmrahovanı borc üstündə öldürdüyünü etiraf edib. Qətli törədən Zeynal Sadıqov əvvəllər Dövlət Yol Polisində çalışıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zeynal Sadıqov 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Zeynal Sadıqov apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib. Bakı Apelyasiya Məhkəməsində, hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə apelyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan baxılması barədə qərar qəbul edilib.

Qərardan narazı qalan müdafiə tərəfi kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini istəyib. Hakim İlham Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, müdafiə tərəfinin kasasiya şikayəti təmin edilib və hakim Abid Abdinbəyovun sədrlik etdiyi kollegiyanın ilkin baxış iclasının qərarı ləğv edilib. Apelyasiya şikayətinə məhkəmə istintaqı ilə baxılması barədə qərar qəbul edilib. İş araşdırılması üçün apelyasiya instansiyasına qaytarılıb.

Zeynal Sadıqovun apelyasiya şikayəti üzrə iş hakim Vüqar Məmmədovun icraatına verilib. Prosesdə Zeynal Sadıqovun anket məlumatları, həmçinin apelyasiya şikayətinin dəlilləri müəyyən edilib.

Məhkəmənin baxış iclası iyunun 17-nə təyin edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər