27 İyun 2015 12:56
565
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürdəmir rayonunda 50 ton ot bağlamasının 27 tonu yanıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Kürdəmir rayonu, Qarasaqqallı kəndində (rayon mərkəzindən 26 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 50 ton ot bağlamasının 27 tonu yanıb.

Ot bağlamasının qalan hissəsi və yaxınlıqda olan tikililər yanğından mühafizə olunub.

Yanğın saat 16:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: