8 İyul 2015 13:15
780
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib.

Qaradağ Rayon Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə Müşfiqabad qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini Elbrus Əliyev münaqişə zəminində qəsəbə sakini Təbriz Əliyevi bıçaqlayıb. 10-cu polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Elbrus Əliyev tutulub.

Hacı Zeynalov


Müəllif: