Bakının Nəsimi rayonu ərazisində banka saxta əskinas verən şəxslər yaxalanıb.
Teleqraf.com xəbər verir ki, “Unibank”ın Əcəmi filialında, kassada işləyən işçiyə 1 ədəd 50 manatlıq saxta əskinas vermək istəyən Bakı şəhər sakinləri Ofeliya Haqverdiyeva və Mətanət Novruzova Nəsimi Rayon Mühafizə İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.
Onlar 19-cu polis bölməsinə təhvil veriliblər.
Hacı Zeynalov