17 Avqust 2015 18:12
798
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda 2-ci qrup əlil zorakılıqla üzləşib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Z.Xəlilov küçəsində qeydə alınıb.

Məlumata görə, Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Akif Əliyev (xəbərdə qeyd olunan ad və soyadlar şərtidir-red.) bacısı, 1966-cı il təvəllüdlü Samirə Verdiyevanın evində zorakılıqla üzləşib. O, bacısının qonşusu, 1992-ci il təvəllüdlü Mustafa Vəliyev tərəfindən döyülüb.

Samirə Verdiyeva qardaşının döyülməsi ilə bağlı Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsinə şikayət edib. Polis onun şikayəti əsasında araşdırma aparır.

Bildirilir ki, hadisə avqustun 14-də, gecə saat 00.30 radələrində baş verib. 23 yaşlı oğlan Samirə Verdiyeva sataşıb. Bunu görən Akif Əliyev Mustafa Vəliyevlə mübahisə edib. Mübahisə zamanı 2-ci qrup əlil olan Akif Əliyev döyülüb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər