Bakının Nəsimi rayonunda oğurluq edən şəxs həbs edilib.
Teleqraf.com xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Teymur Vəlibəyov tutulub.
Ondan 0,449 qram heroin götürülüb. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun aprelin 24-də Kənan Mustafayevə və Vasif Murtuzəliyevə məxsus mobil telefonları oğurlaması da müəyyən edilib.
Əvvəllər məhkumluq həyatı yaşayan Teymur Vəlibəyov narkotik vasitələrin aludəçisi olduğu bildirilir. Oğurladığı telefonları da sataraq narkotik vasitə əldə etməsi ehtimal olunur.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov