17 Sentyabr 2015 01:40
852
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gədəbəyin Dəlikdaş meşəsində dava olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə sentyabrın 16-da baş verib.


Rayonun Heriknaz kənd sakini, 1964-cü il təvəllüdlü Səlim Abbasov meşəyə odun toplamağa getdiyi vaxt meşə mühafizəçisi, Vilayət adlı şəxslə aralarında mübahisə olub və S. Abbasov döyülüb. Köməyə gələn oğlu, 1988-ci il təvəllüdlü Rüstəm Abbasova da bədən xəsarətləri yetirilib. Xəsarət alan ata və oğul müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin normal olduğu bildirilir.


Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.


Müəllif: