20 Sentyabr 2015 01:20
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azəryolservis” ASC-nin “85 saylı Yol İstismarı” MMC-nin aparıcı mütəxəssisi sürücü tərəfindən döyülüb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə sentyabrın 19-da axşam saatlarında Daşkəsən rayonu Quşçu kəndi ərazisində qeydə alınıb. Qurumun mütəxəssisi, Gəncə şəhər sakini, 1962-ci il təvəllüdlü Fəxrəddin Zülfüqar oğlu Mikayılov tanıdığı sürücü tərəfindən döyülüb. F. Mikayılov ağır kəllə beyin travması ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.


Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır.


Müəllif:

Oxşar xəbərlər