Ukraynanın sərhəd xidmətinin əməkdaşları "Borispol" hava limanında Azərbaycan vətəndaşını saxlayıblar. Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti məlumat yayıb.
Saxlanılan şəxs "terrorçuluq" maddəsi üzrə cinayət törətdiyinə görə İnterpol xətti ilə axtarışda olduğu bildirilir.
"Əldə olunan məlumata görə, vətəndaş dəfələrlə 93 kiloqramdan yuxarı çəki dərəcəsində tamkontaktlı əlbəyaxa döyüş üzrə beynəlxalq turnirlərin qalibi olub", - deyə məlumatda bildirilir.
Saxlanılan şəxsin adı açıqlanmayıb. Onun yalnız müəyyən olunmuş qaydada Daxili İşlər Nazirliyinin bölməsinə təhvil verildiyi bildirilir.