23 Sentyabr 2015 21:42
563
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Kəmalə Məmmədovanın üzərində şəxsi yoxlama zamanı ondan 3 ədəd bükümdə, ümumi xalis çəkisi 17,99 qram olan narkotik vasitə - heroin aşkar olunub.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, ilkin araşdırma zamanı Kəmalə Məmmədova izahatında bildirib ki, aşkar edilən narkotik maddə onunla eyni tarixdə İrandan Azərbaycana piyada gələn qaynı Elman Vəliyevə məxsusdur. Öz növbəsində, Elman Vəliyev aşkar edilən heroinin həqiqətən də ona məxsus olduğunu, onu İran İslam Respublikasından əldə etdiyini və qardaşının həyat yoldaşı Kəmalə Məmmədovaya onu daxili orqanında gizlədərək gömrük sərhədini keçməsini məsləhət gördüyünü etiraf edib. Faktla bağlı təhqiqat aparılır.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər