6 Oktyabr 2015 15:43
611
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda 11 gün əvvəl yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölüb.

Teleqraf.com xəbər verir ki, hadisə sentyabrın 25-də Ə.Cavad küçəsində qeydə alınıb.

Bakı şəhər sakinləri Abdulla Alışovun idarə etdiyi “Mercedes” və Vasif Bədəlovun idarə etdiyi “Dodge Durango” markalı avtomobillər toqquşub.

Nəticədə A.Alışovun sərnişini Kubra Məhərrəmova xəstəxanaya yerləşdirilib. O, oktyabrın 5-də orada ölüb.
Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: