Gəncə Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları, üzərində Azərbaycanın aksiz markası olmayan və qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən spirtli içkilərin realizə olunmasının qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşı, Gəncə şəhər sakini Zərgərov Sərhad Bəndalı oğlu saxlanılıb, onun idarə etdiyi “VAZ-21074” markalı, 20-BN-960 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin salonundan və yük yerindən Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış 110 ədəd “Vodka TALKA” adlı 0,7 litrlik spirtli içki aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Naibə QURBANOVA