Quba Rayon Məhkəməsinin qərarı ilə Həsən Əliyev və onun gəlini Yeganə Ərəbova barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Həmin qərarla razılaşmayan Həsən Əliyev apelyasiya şikayəti verib. Onun şikayətinə yaxın günlərdə baxılacaq.
Qeyd edək ki, Quba rayon polis şöbəsinin əməliyyat tədbirləri nəticəsində 1976-cı il təvəllüdlü Yeganə Ərəbova və onun qayınatası Həsən Əliyev tutulublar.
Aparılan araşdırmalar zamanı məlum olub ki, onlar 2001-ci ildə Əliyev Elman Həsən oğlunu qətlə yetirərək, doğrayıb yaşadıqları evin həyətindəki ayaqyolu quyusuna atıblar.
Elman Əliyev Həsən Əliyevin oğlu, Yeganə Ərəbovanın isə həyat yoldaşı olub.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
Hacı