Bakının Suraxanı rayonunda silahlı insident baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Qaraçuxur qəsəbəsində qeydə alınıb.
Rusiya Federasiyasının vətəndaşı Vəli Əhmədov şəxsi münasibətlər zəminində Bakı şəhər sakini Sənan İsmayılovu “Vinçester” markalı silahdan atəş açaraq güllələyib.
Sənan İsmayılov 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib. Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Vəli Əhmədov həbs edilib.
Hacı Zeynalov