Bakının Sabunçu rayonunda kafe sahibinə hədə-qorxu gəlinib.
Teleqraf.com xəbər verir ki, Bakıxanov qəsəbəsi sakini Heydərova Sabunçu qəsəbəsi, Şəhər şosesində işlətdiyi “Qartal” kafesində iki oğlan tərəfindən hədələnib.
O, Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, onu hədələyənlər Elvin və Təbriz adlı şəxslər olub. Həmin şəxslər kafeyə gələrək Heydərovanı bıçaqla hədələyib və hər ay 150 manat verməsini tələb ediblər.
Kefə sahibi olan qadın avqust və oktyabr aylarında hədələnib. Bu müddət ərzində qadın hədələnsə də, həmin oğlanlara pul verməyib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov