27 Oktyabr 2015 12:22
860
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda yaşayış evinə basqın edilib. Teleqraf.com xəbər verir ki, hadisə Binəqədi qəsəbəsi, 3-cü mədən korpusu, ev 81 ünvanında baş verib.

Bakı şəhər sakini 1937-ci il təvəllüdlü Zemfira Baxşəliyevanın evinə basqın edilib. Hasardan aşaraq evə daxil olan naməlum şəxslər Zemfira Baxşəliyevadan pul tələb edib.

O, üzlərində maska olan həmin şəxslərə pul verməkdən imtina edib. Bu zaman basqınçılar Zemfira Baxşəliyevanı taxta parçası ilə döyərək, bədəninin müxtəlif nahiyələrinə xəsarət yetirib.

Öldürülcəyindən ehtiyat edən qadın maskalı şəxslərə evdə olan pulun yerini deyib. Həmin şəxslər 20 min manat və bir ədəd qızıl üzüyü götürüb, həmçinin qadının qulağında olan qızıl sırğaları da qopararaq hadisə yerindən qaçıblar.

Zemfira Baxışəliyeva Kliniki Tibbi Mərkəzdə tibbi yardım alıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsi məlumatlandırılıb. Polis əməkdaşları cinayəti törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirirlər.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər