29 Oktyabr 2015 15:31
548
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən, əvvəllər məhkum olunmuş Ceyhun Hadıyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, “Cici” ləqəbi ilə tanınan Ceyhun Hadıyev 2014-cü ildə Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, azyaşlı məktəbli qızların sırğalarını oğurlamaqda təqsirləndirilib. Məlum olub ki, cinayət əməllərini əsasən, Bakının Binəqədi rayonun ərazisində törədən Ceyhun Hadıyev 9 cinayət faktında iştirak edib.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə şahid kimi məhkəməyə dəvət olunan Polad Çələbiyev, Musa Quliyev və Elvin Əliyev məhkəmə prosesində iştirak etməyib. Hakim onlar barəsində polisə məcburi gətirilmə ilə bağlı verdikləri sorğunun nəticəsini elan edib. Polisdən verilən məlumata görə, həmin şəxslər qeydiyyatda olduğu mənzildə yaşamadıqları üçün onları tapmaq mümkün olmayıb.

Sonra təqsirləndirilən şəxs ifadə verib. Ceyhun Hadıyev məhkəmədən Kürdəxanı təcridxanasından Şüvəlan təcridxanasına köçürülməsini istəyib.

Ceyhun Hadıyev əvvəllər Şüvəlanda olan İstintaq Təcridxanasında saxlanılıb. O, təcridxanada qayda qanunu pozduğuna görə, Kürdəxanıda olan təcridxanaya göndərilib.

O, Şüvəlan istintaq təcridxanasında olan zaman qaşıq udub. Təqsirləndirilən şəxs hələdə qaşığın onun mədəsində olduğu iddia edib.

Məhkəmənin növbəti iclası noyabrın 4-nə təyin edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər