Bakının Yasamal rayonunda taksi sürücüsü qarət olunub.
Teleqraf.com xəbər verir ki, Abşeron rayon sakini, 1982-ci il təvəllüdlü Ruslan Qurbanov polisə müraciət edərək qarət olunduğunu bildirib.
O, qeyd edib ki, iki nəfər naməlum şəxs onun taksi kimi fəaliyyət göstərdiyi “Lada Priora” markalı avtomobilə əyləşiblər. Sürücü həmin naməlum sərnişinləri Moskva prospektində maşından düşürüb.
Ruslan Qurbanov sərnişinlər gedəndən sonra avtomobilində 1500 manatın oğurlandığını aşkar edib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölməsində araşdırma aparılır.
Hacı Zeynalov