11 Dekabr 2015 11:11
539
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Sabunçu qəsəbəsi, Şəhər şosesində qeydə alınıb.

Həmin ünvanda yeni tikililərdən birində yaşayan Özbəkistan vətəndaşı, 1986-cı il təvəllüdlü Xudayverginov Adambay Ruskanbaçiyev kürək nahiyəsindən bıçaqlanıb. O, bıçaq xəsarəti ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatı xilas edilib.

Hadisəni törədən şəxs və ya şəxslərin tutulması istiqamətində Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tədbirlər görülür.

Hacı Zeynalov


Müəllif: