11 Dekabr 2015 22:12
393

Bakının Qaradağ rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Ələt qəsəbəsində qeydə alınıb.

Qazax rayon sakini Elçin Mustafayev idarə etdiyi “Ford Tranzit” markalı avtomobili aşırıb.
Nəticədə onun sərnişinlərindən Hacıqabul rayon sakini Nemət Eminov hadisə yerində ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: