11 Dekabr 2015 16:21
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşə düzəltmək adı ilə dələduzluq etməkdə təqsirli bilinən Asif Nağıyev və Azər Hacızadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. İttihama görə, Onlar Nizami İbadovun etibarından sui-istifadə etməklə, ona qarşı dələduzluq ediblər.

Teleqraf.com xəbər verir ki, onlar Nizami İbdaovun məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş oğlu Sahil Xəlilovun cəzasının yarıyadək azaldılacağına köməklik göstəricəklərinə dair yalan vəd veriblər. Hər iki şəxs zərərçəkmişdən 32.000 manat alaraq dələduzluq ediblər.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham ediliblər. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti verərək cəzalarının yüngülləşdirilməsini istəyiblər. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə onların şikayəti təmin edilməyib.

Asif Nağıyev və Azər Hacızadə cəzalarının yüngülləşdirilməsi ilə bağlı Ali Məhkəməyə mürqaciət ediblər. Ali Məhkəmədə, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, onların kasasiya şikayətləri təmin edilməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər