18 Dekabr 2015 14:42
580
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tərtər rayonunda silahlı insident baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun İsmayılbəyli kəndində qeydə alınıb.

Ağdam rayon sakini Nabil Aslanov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmkəndlisi Anar Aslanova xəsarət yetirib.

Nabil Aslanov könüllü olaraq Tərtər Rayon Polis Şöbəsinə gəlib və hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəngi də təhvil verib.

Faktla əlaqədar cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər