29 Dekabr 2015 16:48
930
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində sevdiyi qızı - Aytac Babayevanı qətlə yetirməkdə təqsirləndirilən Gürcüstan vətəndaşı, 1995-ci təvəllüdlü İzzət Hüseynovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu il aprelin 29-da Nizami rayonunun Bəhruz Nuriyev küçəsində İzzət Hüseynov sevdiyi qızı - 1998-ci il təvəllüdlü, 58 saylı orta məktəbinin 11-ci sinif şagirdi olan Aytac Babayevanı qətlə yetirib. Hadisə sevgililər arasında yaranan narazılıq zəminində baş verib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İzzət Hüseynov 20 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan İzzət Hüseynov apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib. Həmçinin Aytac Babayevanın anası Gözəl Babayeva qızını öldürən İzzət Hüseynovun ömürlük azadlıqdan məhrum edilməsi barədə də apelyasiya şikayəti verib.

Apelyasiya şikayəti hakim Əmir Bayramovun icraatında araşdırılır. Prosesdə təqsirləndirilən şəxsin, həmçinin zərərçəkmiş tərəfin anket məlumatları dəqiqləşdirilib. Prosesdə həmçinin tərəflərin apelyasiya şikayətinin dəlilləri müəyyən edilib.

Məhkəmə baxışı dekabrın 12-nə təyin edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər