31 Dekabr 2015 19:31
462
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəkidə qanunsuz dollar satışı ilə məşğul olan şəxslərin barəsində tədbir görülüb.

Teleqraf.com xəbər verir ki, Şəki Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhərdəki mərkəzi bazarın ərazisində, müvafiq sənədləri olmadan fəaliyyət göstərən valyuta mübadilə məntəqəsinin işçiləri - şəhər sakinləri Yusif Məmmədov və Səbuhi Abdullayev valyuta tənzimi qaydalarını pozduqlarına görə saxlanılıblar.

Onların barələrində İnizibati Xətalar Məcəlləsinin 222.1 maddəsinə əsasən hər biri 90 manat cərimə edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər