3 Fevral 2016 12:51
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda səfirlik əməkdaşı yol qəzasına uğrayıb.

Teleqraf.com xəbər verir ki, hadisə C.Hacıbəyli küçəsi, 42 ünvanında baş verib.

Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Adil Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə Rusiya vətəndaşı, 1958-ci il təvəllüdlü Aleksandr Vladimiroviç Budilyevin sürdüyü “Mazda SX-9” markalı avtomobili vurub.

Hadisə zamanı hər iki avtomobilə ziyan dəysə də, xəsarət alan olmayıb.

Aleksandr Vladimiroviç Budilyev Rusiya Federasiyasının Azərbaycandakı səfirinin müşaviri vəzifəsində işləyir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər