Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Siyəzən sakini, 1968-ci il təvəllüdlü Feyruz Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Əlisoltan Osmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Feyruz Əliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Nizami rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Siyəzən rayon sakini, 1968-ci il təvəllüdlü Feyruz Əliyevin əlindəki sellofan torbadan 4 kiloqram 010 qram, üzərindən 1,762 qram narkotik tərkibli maddə tiryək aşkar olunaraq götürülüb.
Hacı Zeynalov