12 Fevral 2016 15:59
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci il ərzində yol qurğu və elementlərinə ziyan dəyməsi ilə nəticələnən 349 yol nəqliyyat hadisəsi baş verib.

“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətindən verilən məlumata görə, bunun nəticəsində dövlət büdcəsi hesabına quraşdırılmış 5769,4 p/m təhlükəsizlik səddi, 2 ədədişıq dirəyi, 1ədəd metal informatik lövhə və 8 ədədyol nişanı yararsız hala düşmüş və dövlət büdcəsinə ümumilikdə 552 092,93 manat ziyan dəyib.

Baş vermiş 257 yol nəqliyyat hadisəsininsəbəbkarları məlum olduğu üçün həmin hadisələri törədənlər barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşağıdakı tədbirlər görülüb.

201 yol nəqliyyat hadisəsi törədilən avtonəqliyyat vasitəsinin icbari sığortası olduğu üçün, dəymiş ziyanın sığorta şirkətləri tərəfindən ödənilməsi üçün müvafiq sığorta şirkətlərinə ərizə ilə müraciət olunub.

56 yol nəqliyyat hadisəsi törədilən avtonəqliyyat vasitəsinin icbari sığortası olmadığı üçün məhkəmə orqanlarına müraciət olunub.

92 yol nəqliyyat hadisəsinin səbəbkarları məlum olmadığı üçün həmin hadisələrin törədicilərinin araşdırılaraq tapılması barədə BDYPİ- nə məktubla müraciət olunub.

Yolların mühafizəsi xidmətini həyata keçirən tabelikdə olan cəmiyyətlər tərəfindən 2015-ci ildə4005 inzibati xəta hadisəsi aşkar edilərək protokol tərtib edilmiş və inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan şəxslərə göndərilməsi təmin edilib.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər