Bakının Yasamal rayonunda Rusiya vətəndaşı döyülüb.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Ə.Əhmədov küçəsi, ev 22 ünvanında qeydə alınıb.
Naməlum şəxs xuliqanlıq zəminində Rusiya vətəndaşı, 1973-cü il təvəllüdlü Emin Rüstəmovu döyərək, ona xəsarət yetirib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölməsində araşdırma aparılır.
Hacı Zeynalov