Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə zamanı metronun “Azadlıq prospekti” stansiyası yaxınlığında qeydə alınıb.
Həmin yerdə 24 yaşlı Cavid Bağırov bıçaqlanıb. Yaralı ətrafdakı şəxslərin çağırdığı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb və dərhal cərrahi əməliyyat olunub.
Hadisə barədə ərazi üzrə Binəqədi rayon polis idarəsinin 5-ci polis bölməsinə də məlumat verilib. Polisin keçirdiyi əməliyyat zamanı cinayəti törədən 1994-cü il təvəllüdlü Fariz Bünyatzadə həbs edilib.
Hacı Zeynalov