Bakının Səbail rayonunda əcnəbi vətəndaş qarət olunub.
Bu barədə Teleqraf.com-a Səbail rayon Polis İdarəsinin 39-cu polis bölməsindən məlumat verilib.
Məlumata görə, “Park-Bulvar” ticarət mərkəzindəki “Bazar store” mağazasında Xorvatiya vətəndaşı Nladen Knotekə məxsus, içərisində 23 manatı və kredit kartları olan pul kisəsini oğurlanıb. Polis oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Yuri Zaytsev saxlayıb.
Hacı Zeynalov